www.isler.az Veb Saytınını Məxfilik Siyasəti, Sayta Qeydiyyat və İş Elanının Verilmə Qaydaları
- Məxfilik Siyasəti
1.1. Bu istifadəçi müqaviləsi, www.isler.az adresində mövcud olan İş Elanı Saytının (bundan sonra ‘’Sayt’’ adlanacaq) istifadə şərtləri və www.isler.az ilə İstifadəçinin haqqı və məsuliyyətlərini nizamlayır.
1.2. İstifadəçi deyiləndə www.isler.az saytını istifadə edən iş axtaran Namizədlər və iş elanı dərc edən İşəgötürən şirkətlər başa düşülür.
1.3. www.isler.az, Namizədlərə Saytda pulsuz CV hazırlama, saytda yayımlanan iş elanlarına hazırladıqları onlayn CV və ya word/pdf formatında hazırladıqları CV-ləri ilə müraciət etmə, namizədə uyğun iş elanlarından xəbərdar olma haqqlarını verir.
1.4. İstifadəçilər, Sayta daxil etdikləri məlumatların doğru, en son məlumat və özlərinə aid olduğunu bəyan edirlər. İstifadəçilər tərəfindən Sayta daxil edilən məlumatların əskik, xətalı və ya başqa bir şəxsə aid olması səbəbi ilə yaranabiləcək bütün məsuliyyət məlumatları sayta daxil edən İstifadəçiyə aiddir.
1.5. Sayta məlumat daxil olunması zamanı məcburi olmayan xanalara bir sıra şəxsi məlumatların (Telefon nömrəsi, ünvanlar və sairə) qeyd olunması İstifadəçinin özü tərəfindən tamamilə öz şəxsi arzusu ilə həyata keçirilir.
1.6. İstifadəçilər, Saytın istifadəsində Azərbaycanın mövcud qanunvericiliyi və qaydalarına, və əxlaq qaydalarına uyğun davranmaqda məsuliyyət daşıyırlar.
1.7. isler.az saytı aşağıdakı səbəblərdən hər hansı birinin mövcudluğu halında qabaqcadan xəbər vermədən İstifadəçinin üzvlüyünün istifadəsini bağlaya bilər:
-
- İstifadəçinin Sayta daxil etdiyi məlumatların özünə aid olmadığı müəyyən olunarsa,
- İstifadəçinin Sayta daxil etdiyi məlumatların doğru və ya son məlumat olmadığı müəyyən olunarsa,
- İstifadəçinin Sayta daxil etdiyi məlumatların Azərbaycanın mövcud qanun və qaydalarına, və əxlaq qaydalarına uyğun olmayan məlumatlar olduğu müəyyən olunarsa,
- İstifadəçinin Sayta daxil etdiyi məlumatların özəl və ümumi elanlar və reklam məqsədi ilə verilən məlumatlar olarsa,
- İstifadəçinin Sayta daxil etdiyi məlumatların Saytın təhlükəsizliyini və digər istifadəçilərin məlumatlarının məxfiliyini təhlükəyə məruz qoyan hərəkətlərin olduğu və ya buna təşəbbüs etdiyinin müəyyən edilməsi halında.
1.8. Sayta daxil olan məlumatların təhlükəsizliyi www.isler.az saytının SSL Sertifikatı ilə qorunmaqdadır və heç bir qurum və şəxslərə verilmir.
2. Sayta Qeydiyyat
2.1.Namizədlərin Qeydiyyatı və İşə Müraciəti:
www.isler.az saytına, Namizədlər ilkin qeydiyyat zamanı İstifadəçi adı və e-mail adresini daxil edərək qeydiyyatdan keçə bilər. Namizədlər onlayn CV hazırlayarkən email adresi, peşə, şəhər/rayon adı, məzun olduğu məktəb (lər), İş təcrübəsi kimi işlədiyi şirkət ad (lar)ı məlumatlarını daxil edə bilər, Soyadını istəyə bağlı olaraq daxil edə bilər, ancaq telefon nömrəsi və adres kimi məlumatları daxil etmələri tələb olunmur. Onlayn CV’də namizədlər bilik və bacarığı ilə əlaqədar bir neçə açar sözlərdən istifadə edə bilərlər. Məsələn, bir program adı (AutoCad) və sairə. Bundan başqa, namizəd işə müraciət etmək üçün qeydiyyatdan keçməyə ehtiyac olmadan da özü hazırladığı CV-sini müvafiq vakansiyaya birbaşa müraciət edərək İşəgötürən şirkətə avtomatik email yollayabilər.
2.2.İşəgötürən Şirkətin Qeydiyyatı:
www.isler.az saytına elan vermək istəyən şirkət qeydiyyatdan keçməlidir. İstifadəçi Adı müəyyən edilib, email adresi daxil edilməlidir. Qeydiyyat zamanı Şirkət Adı və Müraciət üçün email adresi məlumatları istənsə də, şirkətin veb saytı adresi və şirkətin loqosu istəyə bağlı olaraq daxil ediləbilər.
- İş Elanının Verilmə Qaydası:
Şirkətin, iş elanı verərkən ilk olaraq 1 aylıq müddətdə pulsuz elan vermək haqqı vardır (Paket 0). 1 ay sonra işəgötürən şirkət müvafiq paketi seçərək tək bir iş elanı (Paket 1 və ya Paket Premium) və ya bir neçə iş elanını (Paket 2, Paket 3) Saytda ödənişli dərc etdirə bilər. Bunun üçün İşəgötürən şirkət seçilən paket üzrə xidmət haqqını bank kartı istifadə edərək rahat və sürətli bir şəkildə ödəyə bilər və ya daha əvvəl e-mail ilə aldığı www.isler.az saytının bank hesabına birbaşa yatıra bilər. Sayt tərəfindən gün ərzində təsdiq olunan iş elanı yayımlanandan sonra 1 ay ərzində aktiv olaraq qalır.
Bundan başqa İşəgötürən şirkət Namizədlərin CV-lərin arasında müəyyən kateqoriya və xüsusiyyətlərə görə də axtarış edib, uyğun Namizədlərə email yollaya bilər.
Bank kartına aid məlumatlar heç bir şəkildə Saytda qeyd olunmur və saxlanılmır.
Sayta daxil olan məlumatların təhlükəsizliyi www.isler.az saytının SSL Sertifikatı ilə qorunmaqdadır və heç bir qurum və şəxslərə verilmir.