CV-lərdə ən çox yazılan xətalar

1. Şişirdilmiş ya da yalan məlumat yazmayın

İngiltərədə bir insan resursları şirkətinin anket nəticələrinə əsasən işə müraciət edən namizədlərin 70%-i öz CV-lərinə şişirdilmiş məlumatlar yazabiləcəklərini bildirmişlər.

Bu məlumatlardan ən çoxu belədir:

  • Saxta məktəb və ya universitet titulları yazmaq
  • Səhv işə giriş və çıxış tarixləri qeyd etmək
  • Əvvəlki işlərində həddən artıq maaş aldıqlarını yazmaq
  • İşləmədikləri halda müəyyən bir firmada işlədikləri kimi göstərmək
  • Səhv iş təsvirləri
  • Saxta referans adları

Bu xətalara necə düşməmək olar?

Şirkətin insan resursları departamenti ilə iş görüşməsi zamanı həqiqi məlumatların çoxu aydın olacağı üçün, CV-nizdə həmişə doğru məlumatları qeyd etməyə çaılşın.

2. Standartlaşmış sözlərdən istifadə etməyin

İşəgötürən firma CV-də sizin haqqınızda həqiqi məlumatları görmək istəyir.

Məsuliyyət sahibi, yaradıcı, innovativ, səbrli, analitik düşünən, çalışqan, komandada işləmə bacarığı və sairə kimi standartlaşmış sözlərdən istifadə etmeyin.

Bu sözlərin yerinə sizin təcrübənizi və müvəffəqiyyətlərinizi daha yaxşı təsvir edəbiləcək nümunələri yazsanız daha yaxşı olar.

3. Açar sözlərdən istifadə edin

Quintessentials firmasının araşdırmasına görə işəgötürənlərin 90%-i namizədlərin xüsusiyyətlərini filtrdən keçirəbiləcəkləri dijital platformadan istifadə etməyi üstün tuturlar. Onun üçün CV-nizdə uyğun açar sözlər yazın ki, iş görüşməsinə çağırılma ehtimalınız artsın.

Aşağıdakı sahələrdə doğru açar sözlərdən istifadə edəbilərsiniz:

  • Universitet adı (Məsələn, İstanbul Universiteti)
  • Məzun dərəcəsi (Məsələn, Qırmızı diplom)
  • Korporativ firma adı
  • İş adı (Məsələn, İR Meneceri)
  • İşlə əlaqədar texniki terminlər
  • Kompyuter bilikleri (Məsələn, SAP, 1C, AutoCad, Primavera)