1. Namizədlərin Qeydiyyatı və İşə Müraciəti:
Namizəd işə müraciət etmək üçün qeydiyyatdan keçməyə ehtiyac olmadan özü hazırladığı CV-sini müvafiq vakansiyaya birbaşa müraciət edərək İşəgötürən şirkətə avtomatik email yollayabilər.
Bundan başqa, www.isler.az saytına, Namizədlər ilkin qeydiyyat zamanı İstifadəçi adı və e-mail adresini daxil edərək qeydiyyatdan keçə bilər.
Namizədlər onlayn CV hazırlayarkən email adresi, peşə, şəhər/rayon adı, məzun olduğu məktəb (lər), İş təcrübəsi kimi işlədiyi şirkət ad (lar)ı məlumatlarını daxil edə bilər, Soyadını istəyə bağlı olaraq daxil edə bilər, ancaq telefon nömrəsi və adres kimi məlumatları daxil etmələri tələb olunmur. Onlayn CV’də namizədlər bilik və bacarığı ilə əlaqədar bir neçə açar sözlərdən istifadə edə bilərlər. Məsələn, bir program adı (AutoCad) və sairə.
2.İşəgötürən Şirkətin Qeydiyyatı:
www.isler.az saytına elan vermək istəyən şirkət qeydiyyatdan keçməlidir.
İstifadəçi Adı müəyyən edilib, email adresi daxil edilməlidir. Qeydiyyat zamanı şirkət adı və müraciət üçün email adresi məlumatları istənsə də, şirkətin veb saytı adresi və şirkətin loqosu istəyə bağlı olaraq daxil ediləbilər.