CV-nizi digərlərindən fərqləndirmək üçün 10 məsləhət
İşəgötürənlər şirkətlər onlarla, hətta yüzlərlə CV əldə edir. Yaxşı olar ki, sizin CV ən altda yox, ən üstdə olsun. Beləliklə, buradakı bir neçə qaydanı əməl etməyiniz faydalı olabilər. Təhsilinizi və təcrübənizi necə vurğulamağı və yaxşı hazırlanmış bir CV əldə etməyi öyrənin.
1.CV-nizi aydın və planlı yazın.
İşə alım kadrı sizin CV-nizin bütün detallarını oxuması biraz mümkün deyil. O, ilk əvvəl CV-də mövcud vakasiyaya uyğun olan məlumatları bir neçə saniyədə oxuyub diqqətlərini çəkən məlumatları daha ətraflı araşdırlar. Onun üçün paragraflardan və aydın yazılmış başlıqlardan istifadə edin ki, lazım olan məlumatı daha dolğun göstərəbiləsiniz.
2.CV-də bəzək düzəkdən çəkinin:
CV profesyonal bir dokumentdir. Qeyri adi yazı formatları, rənglər və fontlardan istifadə etməyin. Sadə, aydın və oxunaqlı olsun
3.CV-nizi qısa hazırlayın:
CV-niz hekayə deyil. Həyatınız haqqında hekayələr yazmaqdan çəkinin. CV-nizi A4 formatında 1-2 səhifə olaraq hazırlayın. Profesiyonal təcrübəniz haqqında (Məsulliyyətlər və sairə) və təhsiliniz haqqında (kurslar, sertifikatlar, diplom işi mövzusu, disertasiya mövzusu və sairə) kısa cümlələr yazabilərsiniz.
4.Sizinlə asanlıqla əlaqə saxlanılmasına əminlik yaradın
əgər şirkətin insan resurslarından sizinlə əlaqə saxlamaq istəsələr, onlar sizin şəxsi məlumatları ilk baxışda tapabilməlidir. Şəxsi məlumatlarınızı səhifənin ən başına yazın. Doğulduğunuz tarix (gün ay, il) yerinə hazıda olduğunuz yaşı yazın, məsələn 25 Yaş. Beləliklə, CV-nizi oxuyan şəxsin işini asanlaşdırmış olarsınız.
5.Bütün lazımsız informasiyaları qaldırın
CV-nin başında CV və ya ‘curriculum vitae’ yazmamağa öyrəşin. Eyni ilə adınızın və familyanızın və ya adresinizin qabağında, Ad, Soyad və Adres yazmayın, çünki nə olduğu məlumdur. əgər sizin CV açıq və aydındırsa, başqa heç bir sual yaratmaz.
6.Təcrübənizi vurğulayın
əslində, işə alan firmanı sizin təcrübəniz yuxarıda yazılan bəndlərdən daha çox maraqlandırır. Vakansiyaya uyğun olan iş təcrübəniz və treyninqləriniz ilk növbədə vurğulanmalıdır. Müraciət etdiyiniz vakansiya ilə uyğun olan treyninqləri ön plana çıxardın.
əgər iş təcrübəniz hələ yoxdursa, təhsilinizi vurğulayın. İştirak etdiyiniz texniki seminar və konfransları, və xarici dil kurslarını qeyd edəbilərsiniz.
7.Sadəcə işlə əlaqəsi olan treyninqlərdən bəhs edin
əlbəttə, əsas təhsiliniz və ixtisaslarınız haqqında qısaca yazın, ancaq CV-nizi oxuyan şəxs sizin hansı orta məktəbə və ya litseyə getiyinizlə çox maraqlanmaz. İşinizlə əlaqədar olan kariyeriniz boyunca aldığınız treyninqlərdən qısaca bəhs edin.
8.Xronolojik sıra ilə təhsiliniz və iş təcrübələrinizi yazın
Həmişə təcrübəniz və ya təhsiliniz haqqındakı ən axırıncı məlumatı ilk sırada yazın.
9.Yazdığınız məlumatlarda dəqiq olun
Kompyuter bilikləriniz və xarici dil bilikləriniz və bilik səviyyəsi haqqında mütləq məlumat yazın. Məsələn, əla, yaxşı, orta, və başlanğıc səviyyədə olduğunu yazın. Xarici dilin oxuma-anlama, danışıq dili və yazı yazma qabilliyyəti haqqında səviyyələri qeyd edin. Məsələn, İngilis dili oxuyub anlama- Yaxşı, Danışma- Başlanğıc və sairə. Şişirdilmiş səviyyələr yazmayın, bu iş müsahibəsində ortaya çıxabilər.
10.CV-nizi xüsusi edin
CV-niz standart bir dokument deyil. Onu hədəflədiyiniz işə görə uyğunlaşdırabilərsiniz. Bir vakansiyaya son işlədiyiniz iş deyil, bir əvvəlki iş yeriniz uyğundursa onu daha ön plana çıxardın. Daha çox məlumat yazın. Məsələn, Satış Təmsilciisi vakansiyasına CV yollamağa qərar verdiniz. 3 il əvvəl satış üzrə işləyibsiniz, amma son iş yeriniz istehsalat olsa da Satış işində nə işlər görübsünüzə onu daha çox ön plana çıxartmağınız iş görüşməsinə çağrılma ehtimalınızı artırabilər.