İş görüşməsinin uğurlu keçməsi üçün 10 məsləhət
Siz ilk mərhələni keçdiniz. Sizin CV və öz haqqınızda yazdığınız qısa yazınız işəgötürən şirkətin mütəxxəsisinin diqqətini cəlb etdi və iş görüşməsi üçün dəvət məktubu aldınız. İndi kritik bir mərhələyə keçmiş olurusunuz. Özünüzü hazırlaşdırın. Aşağıdakı məsləhətlərə diqqət edin.
1.Uyğun bir geyim geyindiyinizdən əmin olun
İş görüşməsinə gedərkən nə geyəcəyinizi diqqətlə seçin. Firmaya və hansı işə müraciət etdiyinizi nəzərə alın. Hüquq firmasına, reklam agentliyinə və ya inşaat firmasına getdiyinizdən asılı olaraq sizin seçdiyiniz paltar müxtəlif olmalıdır. Şirkətin stilinə görə geyiminizi uyğunlaşdırın. Ən əsası da odur ki, iş görüşməsində vaxtında olun!
2.Kiminlə görüşəcəyinizi öyrənin
Potensiyal işəgötürən firmanızla görüşmənizdən əvvəl, iş görüşməsinə dəvət məkubuna baxıb görüşəcəyiniz adamın adını yadda saxlayın. Bu məlumat, sizə qəbul masasına yaxınlaşdığınızda kiminlə görüşməniz olduğunu söyləmək və iş görüşməsi zamanı xitab etmək üçün lazım olacaqdır. Sizin özünüz haqqında yaxşı təssürat yaratmağa sadəcə bir şansınız var.
3.Doğru məlumat əldə edin
İşə qəbul mütəxəssisi sizə böyük ehtimalla şirkət haqqında nə bilirsiz deyə sula verə bilər. Bir gün qabaqcadan şirkət haqqında uyğun məlumatları araşdırın və soruşanda suala müsbət bir şəkildə cavab verin. Bundan başqa niyə sizin ideal namizəd olduğunuzu izah etməyə çalışın.
4.Dokumentlərinizə bir daha baxın
CV-nizdə, referans məktubunuzda və iş elanında nə yazıldığını öyrənin. Bu məlumatlar aydın olaraq görünəbilər, ancaq çox namizəd iş görüşməsindən əvvəl özü haqqında yazdıqlarını bir daha oxumağı unudur.
5.Təbii olun
İş görüşməsinə necə davranmaq lazımıdır və sairə kimi oxuduğunuz kitab və məqalələri hərf bə hərf təkrarlamaqdan çəkinin. Böyük ehtimalla digər namizədlər da bu cür məlumatları oxuyub hazırlaşmış olabilərlər. Ona görə də, ən yaxşısı təbii olun və standard hazır-cavablar verməkdən çəkinin.
6.Müsbət fikirli olun
Əgər müraciət etdiyiniz şirkət, onların web saytları və sairə haqqında sizin fikrinizi soruşarlarsa bu haqda müsbət olun. Sizin potensiyal işəgötürən şirkətinizi açıqca tənqid etməyin. Sizin orada işləməyi çox istədiyinizi ağılınıza gətirin.
7.Şikayət etməyin və başqalarını pisləməyin
Nə etsəniz də əvvəlki işlədiyiniz şirkəti və ya kollegiyalarınızı pisləməyin. Həmişə pozitiv olun.
8.Öz xüsusiyyətləriniz haqqında düşünün
Yəqin ki, sizin ən güclü olduğunuz xüsusiyyətlərinizi mütləq soruşacaqlar. Cavablarınız aydın və düzgün olmalıdır. İş görüşməsindən əvvəl 3-4 dənə yaxşı xüsusiyyətlərinizi seçin və hansı cavablar verəcəyinizə hazırlaşın.
9.Öz çatışmazlıqlarınızdan ehtiyatla danışın
Başqa bir labüd sual: Sizin zəif yönləriniz nələrdir? Bu suala hazırlıqlı olun. Məsələn, 2 dənə müsbət xüsusiyyət 4 dənə mənfi xüsusiyyət söyləməyin (ya da tam tərsinə). Elə edin ki, cavablarınız arasında tarazlıq olsun.
10.Sual və ya suallar soruşun
İş görüşməsi zamanı siz özünüzü hər şeylə maraqlanan və yerində sual verəbilmə qabiliyyətiniz olduğunuzu göstərin. Görüşmənin sonunda diskussiya zamanı ortaya öıxan mövzulardan və ya hal hazırkı vakansiya haqqında bir sual verəbilərsiniz. Amma, bu sual sizə qarşı mənfi rəy təşkil etməyən sual olmalıdır. Məsələn, iş günü olmayan bayram günlərinin sayı haqqında soruşulan sual doğru bir fikir olmaz.